Tənzimləyici nəzarətin gücləndirilməsi Azərbaycanda kredit risklərini azaldacaq - Proqnoz

10:03 - 3.03.2026


3 mart, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanın bank sektorunda risk-əsaslı nəzarət yanaşmasının tətbiqi və tənzimləyici nəzarətin gücləndirilməsi kredit risklərinin azalmasına töhfə verəcək.

ABC.AZ xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatlarında öz əksini tapıb.

Sözügedən məlumatda 2024-2025-ci illər ərzində tənzimləyici qurum bankların risk iştahını məhdudlaşdırılmasına və kreditlərin verilməsi ilə bağlı tələblərin artırılmasına yönəlmiş tədbirlər kompleksi həyata keçirib.

“Bu tədbirlər son üç il ərzində “2024-2026-cı illər üzrə Maliyyə sektorunun inkişafı Strategiyası” kontekstində həyata keçirilib. Onlar risk-əsaslı nəzarətə keçidi, 2026-cı ildə beynəlxalq maliyyə hesabatı standartları (BMHS) 9-un tətbiqini, həmçinin son iki ildə korporativ idarəetmə standartlarının təkmilləşdirilməsini nəzərdə tutur. Hesab edirik ki, tənzimləyici hesabatlılıq məqsədləri üçün BMHS 9 standartlarına tam keçiddən sonra toplanmış ehtiyatlar ləğv edilməyəcək”, – “S&P”nin hesabatında bildirilib.