11:54 - 2.03.2026
2 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) uzun müddətdir əməkdaşlıq etdiyi, İtaliyanın özəl səhmlərin idarə olunması üzrə aparıcı şirkətlərindən biri olan "Fondo Strategico Italiano" (FSI) Azərbaycan bazarında əməkdaşlıq imkanlarını dəyərləndirir.
ABC.AZ xəbər verir ki, bunu İtaliya şirkətlərinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan - İtaliya biznes və investisiya əlaqələri" mövzusunda keçirilən tədbirdə bildiriblər.
Tədbirdə bir sıra dövlət qurumlarının rəhbər nümayəndələri, eləcə də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və koordinasiyası ilə cəlb olunmuş özəl sektorun yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.
Tədbirin açılış mərasimində ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov, Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko çıxış ediblər.
Daha sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "FSI"-in baş icraçı direktoru Maurizio Tamagnini isə təqdimatla çıxış edərək iki ölkə arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026