Comex birjasında qızılın qiyməti yanvarın sonundan bəri ilk dəfə 5,2 min dolları ötüb

10:34 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) qızılın aprel fyuçerslərinin dəyəri 2026-cı il yanvarın 30-dan bəri ilk dəfə bir troya unsiyası üçün 5,2 min dollardan yuxarı qalxıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat ticarət meydançasının göstəricilərində əks olunub.

Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, qiymətli metalın qiyməti 1,33% artaraq bir troya unsiyası üçün 5 251,06 dollar təşkil edib.

Saat 05:30-a doğru qızılın dəyəri artım tempini zəiflədərək bir unsiya üçün 5 186,12 dollara (+0,08%) enib.