16:00 - 12.02.2026
12 fevral, Fineko/abc.az. “Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin Müşahidə Şurasında bir nəfər, Audit Komitəsində isə tam tərkib dəyişdirilib.
ABC.AZ xəbər verir ki, Müşahidə Şurasının üzvü Cəbrayılov Həcət Cahangir oğlu siyahıdan çıxarılıb, onu bu vəzifədə Audit Komitəsinin üzvü olan Nəsirov Səxavət Bəşir oğlu əvəzləyib.
Həsənli Sənan Yaqub oğlu Audit Komitəsinin sədri təyin edilib. Məmmədov Gəray Sabir oğlu Audit Komitəsinin üzvü seçilib. Bu vəzifədə Nəcəfli Hafiz Arif oğlunu əvəz edib.