Neft bahalaşır, Brent bir barel üçün $69,71 təşkil edir

09:35 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatlarında etalon markaların qiymətləri artmaqda davam edir.

Saat 09:23-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin aprel fyuçerslərinin dəyəri $0,31 (0,45%) artaraq bir barel üçün $69,71 təşkil edib. 11 fevral ticarətinin yekunlarına əsasən,  Brent neftinin aprel fyuçersləri $0,60 (0,87%) bahalaşaraq bir barel üçün $69,40 olub.

NYMEX birjasında WTI neftinin mart fyuçersi saat 09:22-yə qədər $0,37 (0,57%) artaraq bir barel üçün $65,00-a çatıb. 11 fevral ticarətinin yekununda WTI neftinin mart fyuçersi $0,67 (1,05%) artaraq bir barel üçün $64,63 təşkil edib.