11:05 - 6.02.2026
6 fevral, Fineko/abc.az. Toyota Motor Corp yüksək satışlar və zəif yenin təsiri ilə üçüncü maliyyə rübü üzrə əməliyyat mənfəətinin gözləntilərdən yüksək olduğunu açıqlayıb.
ABC.AZ xəbər verir ki, göstərici ötən illə müqayisədə cüzi azalsa da, analitiklərin proqnozlarını üstələyərək 1,191 trilyon yen təşkil edib.
Şirkətin xalis mənfəəti 40%-dən çox azalaraq 1,257 trilyon yenə düşüb, gəlirləri isə təxminən 8% artaraq 13,457 trilyon yenə çatıb.
Toyota illik əməliyyat mənfəəti proqnozunu 3,8 trilyon yenə qədər artırıb və gəlirlərin 50 trilyon yen səviyyəsində olacağını gözləyir. Bununla yanaşı, şirkət Braziliyada istehsal problemləri və ABŞ-ın idxal rüsumlarının təzyiqi səbəbindən avtomobil satış proqnozunu 9,75 milyon ədədə endirib. Çində satışların isə ölkələr arasında diplomatik gərginlik fonunda təzyiq altında qalacağı gözlənilir.
27 İyul 2026
27 İyul 2026