Treydərlər bitkoinin $65 000-dən aşağı enəcəyini proqnozlaşdırırlar

11:12 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Bitkoin Donald Trampın andiçmə mərasimindən bəri ən aşağı səviyyəyə enib və 2025-ci ilin oktyabrındakı tarixi zirvədən etibarən dəyərinin 40%-ni itirib.

ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, proqnoz bazarlarının iştirakçıları hələ də minimum səviyyənin formalaşmadığını hesab edirlər.

Məşhur mərkəzləşdirilməmiş proqnoz platforması Polymarket-də treydərlərin əhval-ruhiyyəsi kəskin şəkildə pisləşib. Bu il bitkoinin qiymətinin $65 000 səviyyəsinədək enməsi ehtimalı 82% olaraq qiymətləndirilir. $100 000 səviyyəsinə qayıdışla bağlı gözləntilər ilin əvvəlindəki 80%-dən 54%-ə düşüb. Martın 1-dək bitkoinin $70 000-dən aşağı enməsi ehtimalı isə 72% təşkil edir.