14:41 - 3.02.2026
3 fevral, Fineko/abc.az. BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
ABC.AZ-ın məlumata əsasən, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Kamil Lətifov Fuad oğlu İdarə Heyətinə üzv seçilib. K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına “Bank of Baku “ ASC-də başlamışdır, 2016-cı ildən “Kapital Bank” ASC-də “şöbə rəisi” kimi çalışmışdır.
2021-ci ildən “Premium Bank” ASC-də Komplayens departamentinin direktoru kimi çalışmağa başlayıb. 2023-cü ilin əvvəlindən fəaliyyətini İdarə Heyətinin üzvü – sədr müavini (Baş risk inzibatçısı), 2024-cü ildə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2025-ci ilin noyabrında “Premum Bank”dan ayrılıb.
O, Türkiyənin “Boğaziçi” Universitetində MBA dərəcəsinə yiyələnib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistr təhsili alıb. Hazırda “iqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsilini davam etdirir.
Kamil Lətifov bir çox beynəlxalq elmi məqalələrin müəllifidir və beynəlxalq sertifikatlara malikdir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026