“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenə artırılıb

17:30 - 2.02.2026


2 fevral, Fineko/abc.az. “Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 500 000  manat artırılıb.

Bununla da şirkətin kapitalı 182591604.5 manatdan 184091604.5 manata yüksəldilib.