22:30 - 17.09.2026
17 Sentyabr, Fineko/abc.az."Huawei" şirkətinin icraçı sədri Erik Sü bildirib ki, Çinin süni intellekt (AI) tərtibatçıları ABŞ-ın aparıcı şirkətlərinin qarşılaşdığı təhlükəsizlik riskləri və "fırıldaqçı AI" (rogue AI) təhdidləri ilə üzləşmək üçün hələ yetərincə qabaqcıl texnologiyaya sahib deyillər.
Sünün sözlərinə görə, Çin AI sektoru innovasiyalar ilə risklər arasında tarazlığı qorumaqla yanaşı, daha güclü modellərin işlənib hazırlanmasını dayandırmamalıdır.
O qeyd edib ki, ABŞ nəhənglərinin xəbərdarlıq etdiyi mürəkkəb təhlükəsizlik problemləri texnologiyanın müəyyən bir inkişaf səviyyəsinə çatmasından sonra ortaya çıxır və Çin şirkətləri hələlik bu mərhələyə çatmayıblar. Şirkət rəhbəri vurğulayıb ki, risklərdən ehtiyat edərək inkişafı ləngitmək əvəzinə, Çin texnologiya sektoru daha rəqabətqabiliyyətli modellər yaratmağa davam etməlidir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026