22:28 - 17.09.2026
17 Sentyabr, Fineko/abc.az. "Volkswagen" qrupunun tərkibində həyata keçirilən tarixi yenidənqurma tədbirləri İspaniyanın çətinliklərlə üzləşən "Seat" brendinin fəaliyyətinə son qoya bilər.
Ekspertlərin fikrincə, Çin avtomobil istehsalçılarının qlobal bazarda mövqelərini möhkəmləndirməsi və sənayedə genişmiqyaslı konsolidasiya dalğasının başlaması fonunda "Seat" sıradan çıxan ilk iri avtomobil brendi olmağa namizəddir.
Çin elektromobil brendlərinin Avropa bazarındakı aqressiv ekspansiyası və artan rəqabət şəraiti "Volkswagen" qrupunu resursları daha gəlirli istiqamətlərə yönəltməyə vadar edir. Bu addım çərçivəsində "Seat" brendinin tədricən bazardan çıxarılması və diqqətin qrupun daha gənc, elektrik yönümlü "Cupra" brendinə yönəldilməsi ehtimal olunur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026