"Goldman Sachs" dizeldən imtina edərək benzin almağı tövsiyə edir

22:40 - 17.09.2026


17 Sentyabr, Fineko/abc.az. ABŞ-ın "Goldman Sachs" investisiya bankı qlobal yanacaq bazarlarında təklif qıtlığının kəskinləşməsi fonunda benzin qiymətlərində artım dinamikasının davam edəcəyini proqnozlaşdırır.

Yuliya Jestkova Qriqsbi  və Daan Stroyvenin  də daxil olduğu bank analitiklərinin hazırladığı hesabatda bildirilir ki, neft emalı zavodlarının istehsalı benzindən dizelə tərəf yönəltməsi benzin bazarında təklifin sürətlə daralmasına gətirib çıxarıb.

ABŞ-İran gərginliyi və Rusiya-Ukrayna müharibəsi səbəbindən neft emalı zavodlarına vurulan zərbələr qlobal yanacaq bazarlarına ciddi təzyiq göstərib. Analitiklər sentyabrın 16-da dərc olunan hesabatda qeyd edirlər ki, dizel qiymətlərinin rekord həddə çatmasına baxmayaraq, sabit tələb və ehtiyatların dinamikası fonunda benzin qiymətlərinin yüksəlmə potensialı daha böyükdür. Bu səbəbdən "Goldman Sachs" dizel kontraktları üzrə əvvəlki proqnozlarını yekunlaşdıraraq, 2027-ci ilin ortaları üçün Avropa benzinində uzun pozisiya (uzunmüddətli alış) almağı tövsiyə edib.