11:40 - 15.09.2026
15 Sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq bazarlarda mövqelərini möhkəmləndirməyə davam edir. Şirkət İtaliyanın "Italiana Petroli S.p.A." (IP) şirkətini öz vəsaiti hesabına satın alaraq Avropanın daunstrim sektorunda iştirakını genişləndirib. 616 milyon avro (689.92 milyon dollar) EBITDA-ya malik IP-nin aktivlərinə 2 neft emalı zavodu, 4.5 min YDÇ və illik 15.8 milyon tonluq yanacaq satış infrastrukturu daxildir.
Eyni zamanda, SOCAR Türkiyə pərakəndə və neft-kimya bazarındakı payını artırmaq üçün 7 milyard dollarlıq (11.9 milyard manat) yeni investisiya planı üzərində işləyir. 2026-cı ilin sonunadək yekun qərarın verilməsi gözlənilən bu layihə Türkiyənin poliolefin idxalından asılılığını azaltmağa yönəlib.
Beynəlxalq analitiklər hər iki addımı SOCAR-ın uzunmüddətli maliyyə dayanıqlığı və aktiv diversifikasiyası üçün strateji drayverlər kimi dəyərləndirirlər.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026