AMB rəsmisi inflyasiya riskləri barədə xəbərdarlıq edib

22:45 - 17.09.2026


17 Sentyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Xorvatiya Mərkəzi Bankının sədri Ante Jigman inflyasiyanın nəzarətə alınmayacağı təqdirdə iqtisadi artımın təhlükə altına düşə biləcəyi barədə xəbərdarlıq edib.

"Bloomberg Television"a müsahibə verən Jigman, Avrozonada inflyasiyanın 3%-in üzərində qaldığını və AMB-nin 2%-lik hədəfinə endirilməsinin əsas prioritet olduğunu bildirib.

Jigman vurğulayıb ki, tənzimləyici faiz dərəcələri ilə bağlı qərarlarını bazardakı spekulyativ gözləntilərə əsasən deyil, daxil olan iqtisadi göstəricilərə uyğun verəcək. Avrozonada enerji qiymətlərinin artması fonunda inflyasiya təzyiqlərinin davam etməsi ehtimal olunsa da, əməkhaqqı artımının nəzarət altında olduğu və ikinci tur təsirlərin hələ ki kəskin görünmədiyi qeyd olunur.