Neft ucuzlaşır, "Brent" markalı neftin bir barreli $69,74-dır

09:31 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markalı neftin qiyməti aşağı düşsə də, həftəni artımla başa vurur.

Bakı vaxtı ilə saat 09:22-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçersləri $0,97 (1,37%) ucuzlaşaraq bir barreli üçün $69,74 təşkil edib. Yanvarın 29-da keçirilən hərracların yekununda "Brent"in mart müqaviləsi $2,31 (3,38%) bahalaşaraq bir barreli $70,71-a çatmışdı. "Brent" üzrə mart müqavilələrinin dövriyyə müddəti cümə sessiyasının bağlanışı ilə başa çatır. Saat 09:22-də "Brent"in aprel fyuçersləri isə $0,85 (1,22%) ucuzlaşaraq bir barreli $68,74-a enib.

"NYMEX" əmtəə birjasında "WTI" markalı neftin mart fyuçersinin qiyməti saat 09:22-yə qədər $1,07 (1,64%) azalaraq bir barreli üçün $64,35 təşkil edib. Yanvarın 29-da keçirilən hərracların nəticələrinə görə, "WTI"nin mart müqaviləsi $2,21 (3,50%) bahalaşaraq $65,42-a yüksəlmişdi.

Bu həftə ərzində "Brent" markalı neft 5,86%, "WTI" nefti isə 5,37% bahalaşıb.