Türkiyə şirkətləri bu ölkədə 54 mlrd. dollar dəyərində layihələr həyata keçirib

16:51 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. 1991-ci ildən indiyə qədər Türkiyə şirkətləri Türkmənistanda ümumi dəyəri 54 mlrd. dollardan çox olan 1 mindən artıq layihə həyata keçirib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok məlumat verib. Layihələr energetika və nəqliyyatdan tutmuş yaşayış, sosial obyektlər və limanlara qədər əsas infrastruktur sahələrini əhatə edir.

Türkiyə şirkətləri, həmçinin Türkmənistanda yeni təşəbbüslərdə, o cümlədən “ağıllı” Arkadağ şəhərinin ikinci mərhələsinin inşasında iştirak etməyə hazırdırlar.

Səfirin sözlərinə görə, 2025-ci ilin yanvar–noyabr aylarında Türkiyə ilə Türkmənistan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 2 mlrd. dollara çatıb və tərəflər bu göstəricini 5 mlrd. dollara yüksəltməyi hədəfləyirlər.