15:33 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. Dövlət Vergi Xidməti qeyri-yaşayış sahələrinin icarəsi ilə bağlı müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Faktor Qrup-S-1” QSC ilə qeyri-yaşayış sahələrinin icarəyə götürülməsi barədə razılığa gəlib.
İcarəyə götürülən obyektlər Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir.
Ünvanlardan biri 181 A nömrəli binada yerləşən və ümumi sahəsi 6 700 kvadratmetr, digəri isə 189 C ünvanında yerləşən, ümumi sahəsi 175 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Müqavilənin ümumi məbləği 1 496 760 manat təşkil edir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026