15:08 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbəti iclasında sökülən mənzil və obyektlərə görə kompensasiyaların hesablanmasında vahid və şəffaf meyarların müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
Komitə sədri bildirib ki, Konstitusiya Məhkəməsi qanunvericilikdəki mövcud boşluqların və qeyri-müəyyənliklərin əsassız kompensasiya tələblərinə, mülkiyyət hüquqlarının pozulmasına və tikinti layihələrinin illərlə uzanmasına səbəb olduğunu diqqətə çatdıraraq, qaydaların təkmilləşdirilməsi üçün parlamentə rəsmi təkliflər ünvanlayıb.
Təcrübədə onlarla ailə ilə razılıq əldə edildiyi və köçürülmə üçün milyonlarla manat xərcləndiyi halda, cəmi bir-iki mülkiyyətçi ilə razılaşmanın uzanması ucbatından bütöv layihələrin dondurulduğu vurğulanıb.
Bu problemlərin aradan qaldırılması üçün Nazirlər Kabineti tərəfindən geniş qiymətləndirmə şkalasının, bazar qiymətlərindən istifadə qaydalarının, ərazilər üzrə diferensial tariflərin və inflyasiyaya uyğun yenilənmə mexanizmlərinin hazırlanması vacib hesab edilir.
Eyni zamanda, sökülən əmlakın əvəzinə veriləcək sahənin ölçüsü, otaqların sayı, yaşayış və qeyri-yaşayış sahələrinin fərqləndirilməsi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti və gecikmələrə görə məsuliyyət normativ bazada dəqiq təsbit olunmalıdır.
Xüsusilə faktiki sahənin ölçülməsi zamanı balkon, zirzəmi, eyvan, yardımçı tikililər, sonradan artırılmış hissələr və kommersiya obyektlərinin hüquqi statusunun ayrı-ayrılıqda fərqləndirilməsi, müstəqil ölçmə və elektron aktlaşdırma mexanizmlərinin tətbiqi vacib sayılır.
Söküntü xəbərindən sonra sırf kompensasiya almaq üçün tikilmiş qanunsuz sahələrlə illərdir mövcud olan faktiki yaşayış şəraiti eyni tutulmamalı, sənədləşməsi yarımçıq qalmış əmlakla yeni torpaq zəbti halları bir-birindən kəskin fərqləndirilməlidir.
Qiymətləndirmə təklifləri yekunlaşdıqdan sonra razılaşma üçün ağlabatan müddət müəyyən olunmalı, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı tətbiq edilməlidir ki, həm etiraz edən sakinin, həm də köçməyə razılaşıb illərlə gözləyən digər mülkiyyətçilərin hüquqları qorunsun.
Son olaraq, həm tikilinin, həm də onun yerləşdiyi torpaq sahəsinin dəyərinin tam şəffaf qaydalarla hesablanmasının zəruriliyi vurğulanıb.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026