Azərbaycan istehsalı olan bu material xarici bazara çıxarılır

17:31 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Hacıqabul Sənaye Parkının rezidenti olan Rusiya kapitallı “Penoplex Prikavkazye” müəssisəsi XPS tipli ekstruziyalı köpük polistirol istilik izolyasiya lövhələrinin istehsalını uğurla davam etdirir.

İnvestisiya dəyəri 18,4 milyon manat olan və 6,7 hektar ərazidə yerləşən zavodun illik istehsal gücü 300 min kubmetr təşkil edir. Müəssisənin istehsal etdiyi məhsulların 60 faizi daxili bazara — xüsusilə Qarabağdakı bərpa-quruculuq işlərinə və pərakəndə satışa, 40 faizi isə əsasən Gürcüstan daxil olmaqla xarici bazarlara yönəldilir.

Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Rusiyanın cənub bazarlarına çıxış planlaşdırılır.

Paralel olaraq elmi-tədqiqat işləri də aparan şirkət, qeyri-neft məhsullarının logistika dəstəyi sayəsində xarici bazarlarda rəqabət gücünü artırmağı hədəfləyir.