10:56 - 29.10.2026
29 oktyabr, Fineko/abcnews. Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabr proqnozlarına əsasən, illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqla həm 2026-cı, həm də 2027-ci ilin sonunda 5,9% səviyyəsində gözlənilir.
İyul proqnozu ilə müqayisədə 2026-cı il üzrə gözlənti 0,2 faiz bəndi aşağı, 2027-ci il üzrə isə 0,1 faiz bəndi yuxarı dəyişdirilib.
Məlumatda qeyd olunur ki, 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% (baza inflyasiya 4,9%) təşkil edib. İllik qiymət artımı qida, spirtli içki və tütün üzrə 6,9%, xidmətlərdə 5,1%, qeyri-qida məhsullarında isə 3,6% olub.
AMB inflyasiya risklərinin əsasən xarici mühitlə — qlobal geosiyasi gərginlik fonunda enerji və ərzaq qiymətlərinin artması ilə bağlı olduğunu, daxili tələbin isə inflyasiya təzyiqi yaratmayacağını bildirir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026