15:41 - 29.10.2026
29 oktyabr, Fineko/abc.az. 2026-cı ilin sentyabr ayında Azərbaycanda tikinti sektorunun inam indeksi avqust ayındakı mənfi 32,3 bənddən mənfi 40,4 bəndə enərək cari ilin ən aşağı göstəricisini qeydə alıb.
Azərbaycan Mərkəzi Bankının real sektorun monitorinqinə dair statistik məlumatlarına əsasən, indeks illik müqayisədə 36 bənd, aylıq müqayisədə isə 8,1 bənd geriləyib.
Cari ilin iyun ayında -18 bənd, iyulda -30,9 bənd olan göstərici ardıcıl azalmalarla sentyabrda -40,4 bəndə düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici -4,4 bənd təşkil edirdi.
Mərkəzi Bankın metodologiyasına əsasən, inam indeksi icraya qəbul edilmiş sifarişlər və növbəti üç ay üçün işçilərin sayının dəyişməsi gözləntiləri əsasında hesablanır.
Sentyabr ayında tikinti müəssisələrində son üç ayda icraya qəbul edilmiş sifarişlər üzrə göstərici avqustdakı -52,2 bənddən -60,7 bəndə düşüb (ötən ilin sentyabrında -7,9 bənd idi).
Növbəti üç ayda işçilərin sayının dəyişməsi üzrə gözləntilər avqustdakı -12,4 bənddən -20,2 bəndə (2025-ci ilin eyni ayında -0,8 bənd), son üç aydakı tikinti işlərinin həcmi göstəricisi isə avqustdakı müsbət 1 bənddən mənfi 3,6 bəndə geriləyib.
Bununla belə, növbəti üç ay üzrə qiymət gözləntiləri avqustdakı -24,6 bənddən sentyabrda -4,6 bəndə yüksəlib.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
28 Oktyabr 2026