Xarici ticarətdə 10,5 milyard dollarlıq profisit: Mərkəzi Bank proqnozlarını artırdı

11:10 - 29.10.2026


29 oktyabr, Fineko/abcnews. Azərbaycanda xarici sektor göstəriciləri əlverişli dinamikanı saxlamaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsində 10,5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

İlkin göstəricilərə görə, ilk 9 ayda pul baratları üzrə saldo (daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb.

Əsas ixrac məhsullarının qiymətlərinin yüksək səviyyədə qalması və qeyri-neft-qaz sektoru üzrə müsbət meyllərin davam etməsi fonunda Azərbaycan  Mərkəzi Bankı 2026 və 2027-ci illər üçün cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artırıb.

Yenilənmiş qiymətləndirmələrə əsasən, cari əməliyyatlar hesabında profisitin 2026-cı ildə 8,5 milyard ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı), 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) səviyyəsində olacağı gözlənilir.