11:21 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Təsdiqlənən layihəyə əsasən, Mərkəzi Bankın nəzarət mexanizmi yalnız tək-tək maliyyə institutları ilə mahdudlaşmayacaq, həm də onların daxil olduğu maliyyə qruplarına şamil ediləcək.
Belə ki, banklar, həyatın yığım sığortası sahəsində çalışan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri və fondları üzrə konsolidasiya olunmuş — bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.
Sənəd Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycanın ƏL/TMM sisteminə dair 5-ci raund qiymətləndirmə hesabatındakı FATF tövsiyələri əsasında hazırlanıb.
Qanunun 48-1-ci maddəsinin yeni redaksiyası cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində maliyyə sektoruna nəzarətin daha da gücləndirilməsini hədəfləyir.
© APA
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026