"Azərkəndtikinti”nin Müşahidə Şurasının sədri dəyişəcək

10:55 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. “Azərkəndtikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağının keçirilmə tarixi dəyişdirilib.

Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 ünvanında, binanın 2-ci mərtəbəsində keçirilməsi nəzərdə tutulan yığıncaq 17 oktyabr 2026-cı il tarixindən 5 dekabr 2026-cı il tarixinə təxirə salınıb.

Yığıncaq saat 11:00-da başlayacaq.

Yığıncağın gündəliyinə Müşahidə Şurasının üzvlərinin və sədrinin dəyişdirilməsi, eləcə də digər məsələlər daxildir.

Qeyd edək ki, “Azərkəndtikinti” ASC 10 iyun 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin qanuni təmsilçisi Fituhat Göyçayski Yusif-Ziya oğludur.