"ExxonMobil"in 3-cü rübdə mənfəəti 17,5 milyard dollara çatıb

16:19 - 30.10.2026


30 Oktyabr, Fineko/abcnews. ABŞ-ın ən böyük neft istehsalçısı "ExxonMobil" (XOM.N) 2026-cı ilin üçüncü rübündə 17,5 milyard dollar düzəldilmiş xalis mənfəət əldə edərək "Wall Street" analitiklərinin proqnozlarını (16,6 milyard dollar) üstələyib.

Şirkətin maliyyə hesabatına əsasən, səhm üzrə mənfəət 4,23 dollar təşkil edib. Mənfəətin kəskin artmasına neft emalı üzrə  gəlirlərin əvvəlki rüblə müqayisədə 120% artaraq 9 milyard dollara yüksəlməsi təkan verib. Şirkət rüb ərzində gündəlik 4,5 milyon barel neft ekvivalenti hasil edib, 4,3 milyard dollar dividend ödəyib və 5,1 milyard dollarlıq səhm geri alımı  reallaşdırıb.

Həmçinin ötən ay "ExxonMobil" Azərbaycanda şist neft/qaz kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş imzaladığını bəyan edib.