MİDA Yasamal və Hövsandakı milyardlıq əmlaklarını HƏRRACA ÇIXARIR

14:54 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal və Hövsan yaşayış komplekslərində yerləşən 14 iri həcmli qeyri-yaşayış sahəsi və zirzəmini satışa təqdim edir.

Ümumi dəyəri milyonlarla manat təşkil edən commercial əmlaklar oktyabrın 29-da saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təşkil olunacaq açıq hərrac vasitəsilə sahibini tapacaq.

Satışa çıxarılan obyektlər Yasamal Yaşayış Kompleksinin 1-ci və 2-ci mərhələlərini, eləcə də Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsini əhatə edir.

İştirak etmək istəyən investorlar və sahibkarlar hərrac gününədək balanssaxlayıcı təşkilat vasitəsilə obyektlərə baxış keçirə bilərlər.

Ətraflı məlumat və əmlaklarla tanışlıq üçün məsul şəxs Samir Səfərovla (+994 10 228 01 39) əlaqə saxlamaq mümkündür.