12:07 - 29.10.2026
29 oktyabr, Fineko/abcnews. Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti alətlərini təkmilləşdirərək banklararası pul bazarında aktivliyin artmasına və tənzimləyici qurumun bu bazardakı birbaşa iştirakının azalmasına nail olub.
Bu barədə keçirilən mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov bəyan edib.
Baş tənzimləyicinin rəhbəri vurğulayıb ki, Mərkəzi Bankın əsas istinad indeksi AZIR (Azerbaijan Interbank Rate) dərəcəsidir və əsas hədəf uçot dərəcəsini bu indeksə mümkün qədər yaxınlaşdırmaqdır:"Ötən il pul siyasətimizi daha da təkmilləşdirdik və faiz dərəcəsini aşağı saldıq. Bunu likvidliyi nəzərə alaraq banklararası bazarı daha da aktivləşdirmək və Mərkəzi Bankın həmin bazarda iştirakını azaltmaq məqsədilə etdik. Buna nail olduq. Banklararası bazarda aktivlik artıb. Hazırda əlavə tədbirlərin görülməsini nəzərdən keçirmirik. Alətlər arsenalımızdan istifadə edərək likvidliyi istədiyimiz səviyyədə saxlayır və faiz dərəcələrinin hədəflədiyimiz səviyyədə formalaşmasına çalışırıq".
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
28 Oktyabr 2026