16:01 - 30.10.2026
30 Oktyabr, Fineko/abcnews. ABŞ-da federal dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 30 sentyabrda başa çatan 2026-cı maliyyə ilində 100,03%-ə yüksələrək 1946-cı ildən bu yana ən yüksək səviyyəsinə çatıb.
Açıqlanan rəsmi göstəricilərə əsasən, federal hökumətin dövlət borcu 32,2 trilyon dollar təşkil edib. 2025-ci maliyyə ilinin sonunda bu göstərici 99,4% səviyyəsində idi.
Beləliklə, dövlət borcunun milli gəlirə nisbəti İkinci Dünya Müharibəsindən sonrakı dövrdən (1946-cı ildəki 106%-lik rekorddan) bəri ilk dəfə 100% həddini aşıb. Buna baxmayaraq, mövcud göstərici Konqresin Büdcə Ofisinin (CBO) 100,6%-lik fevral proqnozundan azca aşağı olub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026