Bankomat və POS-terminalların sayında azalma var

15:59 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. 2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, avqust ayında 3 596 ədəd olan bankomatların sayı sentyabrda 6 ədəd azalaraq 3 590 ədədə enib. Ötən ilin eyni dövrü ilə (2025-ci ilin sentyabrında 3 496 ədəd) müqayisədə isə bankomatların sayı 94 ədəd artıb.

Avqust ayındakı 141 696 ədəd POS-terminalın sayı sentyabr ayında 6 492 ədəd azalaraq 135 204 ədədə düşüb. Ötən ilin sentyabr ayı (161 915 ədəd) ilə müqayisədə isə POS-terminalların sayında 26 711 ədədlik ciddi azalma müşahidə olunub.

Bankomatlardan 1 931 ədədi Bakı şəhərində, 1 659 ədədi isə regionlarda yerləşir. Həmin dövrdə ölkədə fəaliyyət göstərən POS-terminallardan 86 242 ədədi Bakı şəhərinin, 48 962 ədədi isə regionların payına düşür.