17:00 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. 2026-cı ilin yanvarında Venesuela ABŞ-ın dəniz blokadası səbəbindən neftin beynəlxalq bazara çatdırılmasını gündəlik 880 min bareldən 300 min barelə qədər azaldıb, bu da ölkədə hasilatın 870 min b/s-ə qədər düşməsinə səbəb olub. Karakasdakı ehtiyatlar isə hələ də artır.
ABC.AZ-ın verdiyi məlumata görə, ötən il orta hasilat 950 min b/s, ixrac isə 780 min b/s təşkil edib, bunun 25%-i ABŞ-a göndərilib. 2018-ci ildən tətbiq edilən sanksiyalardan sonra Venesuela neftinin təxminən 80%-i Çinə ixrac olunub.
Beynəlxalq Energetika Agentliyi (MEA) bildirir ki, sənayenin gələcəyi hələ də qeyri-müəyyəndir və hasilatı tarixi 3,5 mln b/s səviyyəsinə çatdırmaq üçün siyasi qərarlar və investisiyalar tələb olunur.