Dövlətə məxsus BOKT-də kadr dəyişikliyi həyata keçirilib

16:20 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. Dövlətə məxsus “AqrarKredit” BOKT QSC-nin törəmə təşkilatının direktoru dəyişdirilib.

ABC.AZ xəbər verir ki, Kamil Seyidov İsmayıl oğlu “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-nin direktoru təyin edilib. O bu vəzifədə Süleyman Bəkirov Bəkir oğlunu əvəz edib.

Xatırladaq ki, “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” 2015-ci ildə təsis edilib və 10 000 manat nizamnamə kapitalı var.