15:07 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. “Cib Pay” MMC-nin nizamnamə kapitalı artırılıb.
ABC.AZ xəbər verir ki, şirkət nizamnamə kapitalını 20 min manat artıraraq 1 milyon 287 min manata çatdırıb.
Xatırladaq ki, bundan əvvəl MMC nizamnamə kapitalını 200 min manat artıraraq 1 milyon 267 min manata qaldırmışdı.
Onu da bildirək ki, “Cib Pay” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Söhrab Fərhadovdur. CİB Pay çox funksiyalı ödəniş xidmətləri təchizatçısıdır. Müxtəlif ödəniş kanalları üzərindən pul vəsaitlərinin toplanmasını həyata keçirir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026