2030-cu ilədək Özbəkistanda ən azı üç İslam bankı fəaliyyət göstərəcək

14:31 - 8.01.2026


8 yanvar, Fineko/abc.az. Özbəkistan “Özbəkistan — 2030” strategiyası çərçivəsində İslam maliyyəsinin inkişafını hədəfləyir. Bu sənəd ölkənin yaxın illər üçün iqtisadi inkişaf prioritetlərini müəyyən edir.

ABC.AZ xəbər verir ki, 2030-cu ilədək milli bank sistemində ən azı 3 kommersiya bankı şəriət prinsiplərinə əsaslanan xidmətlər təqdim edəcək.

Müvafiq məhsullar ilk dəfə 2027-ci ildə pilot bankda təqdim olunacaq, daha sonra isə tədricən tətbiq 2030-cu ilədək üç banka şamil olunacaq.

Yenilənmiş strategiya layihəsi yalnız maliyyə məhsullarının (murabaha, mudaraba və musharaka) tətbiqini nəzərdə tutmur, həm də İslam bankçılığı üçün tam hüquqi bazanın yaradılmasını əhatə edir: İslam bankları və klassik banklarda “İslam pəncərələri”nin fəaliyyətini tənzimləyən qanun layihəsi Qanunvericilik palatasında müzakirədən keçib və Senata göndərilib.