14:19 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Özbəkistana 68,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 32,5 milyon ABŞ dollar və ya 1,9 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Özbəkistana ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,06 faiz təşkil edib.
Beləcə Özbəkistan Azərbaycandan ən çox qeyri-neft məhsulları idxal edən ölkələr sırasında 9-cu yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır. ©Trend.az
8 Avqust 2026
8 Avqust 2026