AMB-nin valyuta ehtiyatları 11,5 mlrd. dolları keçib

10:37 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. 2026-cı il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.

Bu barədə ABC.AZ AMB-yə istinadla xəbər verir.

Qeyd olunur ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon ABŞ dolları və ya 0,7% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 555,4 milyon ABŞ dolları və ya 5,1% artıb.