Azərbaycanda "American Express" kartları ilə əməliyyatların həcmi 97% azalıb

17:25 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Cari ilin noyabr ayının sonunadək Azərbaycanda "American Express" kartları ilə aparılan əməliyyatların sayı 5,4 min, əməliyyatların həcmi isə 700 min manat təşkil edib.

Bu barədə ABC.AZ  Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə "American Express" kartları ilə aparılan əməliyyatların sayı 979,2 min və ya 99,5 faiz, əməliyyatların həcmi isə 25,4 milyon manat və ya 97,3 faiz azalıb.

Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "American Express" kartları ilə aparılan əməliyyatların sayı 1,5 milyon, əməliyyatların həcmi isə 800 min manat olub.

Qeyd etmək lazımdır ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkə ərazisində fəaliyyət göstərən yerli banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə etməklə həyata keçirilmiş ümumi əməliyyatların həcminə və sayına daxildir.