16:36 - 24.12.2025
24 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) nəzarət subyektlərində maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması məqsədilə ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsi sistemlərinə dair araşdırma aparır.
ABC.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
Məlumata görə, qurum nəzarət subyektlərində müxtəlif istiqamətlər üzrə mütəmadi yoxlamalar həyata keçirir. Bu yoxlamalar çərçivəsində müştərilərin hüquqlarının müdafiəsi üzrə müəyyən edilmiş kateqoriyalar (prioritetlər) əsasında araşdırmalar aparılır. Həmin kateqoriyalardan biri də nəzarət subyektlərində müştəri şikayətlərinin idarə edilməsi sistemlərinin mövcudluğunun və effektivliyinin qiymətləndirilməsidir. Yoxlamalar zamanı aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə nəzarət subyektlərinə müvafiq tapşırıqlar verilir və bu tapşırıqların icrası üzrə nəticələr nəzarətdə saxlanılır.
Nəzarət subyektləri ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları ilə bağlı bu ilin mart ayından başlayaraq AMB-nin müəyyən etdiyi təqvimlər üzrə təqdim edilir. Bu dövrdə təqdim edilən hesabatlar üzrə hər hansı cərimə və ya sanksiya tətbiq edilməyib.
Ödəniş təşkilatları AMB-nin "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər"ə (12-4.16-cı və 6.5-ci bəndlər istisna olmaqla) tam uyğunluğu təmin etməlidirlər. Bu tələblər subyektlərin təhlükəsizlik idarəetməsini, texniki nəzarət mexanizmlərini və əməliyyat davamlılığını təmin etməsini nəzərdə tutur. Sektor üzrə son 1 ildə qeydə alınmış uğurlu kiber insident olmayıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026