Qızıl qoruyucu aktiv kimi daha bir rekorda imza atıb

10:39 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclar zamanı qızıl və gümüşün qiymətləri tarixi maksimumlarını yeniləyib.

ABC.AZ xəbər verir ki, investorlar ABŞ-da uçot dərəcəsinin daha da aşağı düşəcəyini gözləyərək, vəsaitlərini qoruyucu aktivlər qismində qiymətli metallara aktiv şəkildə yatırırlar.

“Comex” birjasında qızılın fevral fyuçersinin qiyməti bir troya unsiyası üçün 4 554,9 dollara çatıb. Gümüşün mart fyuçersi də rekordu yeniləyərək 72,75 dollara qədər yüksəlib.

“KCM Trade” şirkətinin baş analitiki Tim Uotererin sözlərinə görə, qiymət rekordları ABŞ-da bank dərəcələrinin gözlənilən enişi və davam edən qlobal borc problemləri şəraitində metalların dəyərin saxlanması vasitəsi kimi cəlbediciliyini əks etdirir.