10:54 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Amerikanın Rusiyadakı Ticarət Palatasının (AmCham Russia) rəhbəri Robert Eyci bildirib ki, ABŞ-ın iri şirkətləri Rusiyaya qayıtmaq və fəaliyyətlərini genişləndirməyə maraqlıdır.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, əsas prioritet — investisiya qadağasının ləğvidir. Rusiyada fəaliyyətini saxlayan şirkətlər əməliyyatlarını artırmağa hazırdır, bazarı tərk edən və ya daxil ola bilməyən şirkətlər isə gələcəkdə qayıtmaq imkanı əldə etmək istəyir.
Eyci qeyd edib ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra dialoqa hazır olduqlarını göstərən müsbət siqnallar görünməyə başlayıb. O, prezident Donald Trampın Amerika biznesinin maraqlarını nəzərə alacağına və sanksiyaları yumşaldacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, administrasiya biznes tərəfindən hazırlanmış “Ağ kitab”ı — məhdudiyyətlərin qismən aradan qaldırılması ilə bağlı təklifləri əks etdirən sənədi müsbət qarşılayıb. Bu sənəd gələcək danışıqlar üçün yol xəritəsinə çevrilə bilər.