16:05 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 128,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 700 min ABŞ dolları və yaxud 0,5 % azdır.
6 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026