Azərbaycanda şin istehsalçısı ləğv edilir

11:50 - 4.12.2025


 4 dekabr, Fineko/abc.az. Yanvarın 21-də, saat 11:00-da "Azərşin"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin ləğv edilməsi barədə qərar qəbul edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi), dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması və digər məsələlər daxildir.

"Azərşin" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,789 milyon manatdır.