Gələn il DGK üzrə büdcə daxilolmaları 6.86 milyard manat nəzərdə tutulur

11:01 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) üzrə daxilolmalar 6 milyard 865 milyon manat (4.04 mlrd dollar) nəzərdə tutulur.

Bu göstərici 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyon manat, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 495.1 milyon manat çoxdur.