2027-ci il üçün dövlət büdcəsi xərclərinin stukturu açıqlanıb

11:20 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci il üçün dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat (24.94 mlrd dollar) həcmində proqnozlaşdırılır ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 30.1 faizini təşkil edir.

Büdcə xərclərinin strukturu aşağıdakı kimi bölünmüşdür:

-      26 milyard 400 milyon manat (15.53 mlrd dollar) və ya 62.3%-i cari xərclərə,

-      13 milyard 800 milyon manat (8.12 mlrd dollar) və ya 32.5%-i əsaslı xərclərə,

-      2 milyard 200 milyon manat (1.29 mlrd dollar) və ya 5.2%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə.