Növbəti ildə ARDNF-dən büdcəyə 11.9 milyard manat transfer olunacaq

11:32 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 30.3 faizi və ya 11 milyard 900 milyon manatı (7.00 mlrd dollar) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) ediləcək transfertin payına düşəcək.

Bununla yanaşı, büdcə gəlirlərinin digər mənbələr üzrə bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

-      855 milyon manat (502.94 mln dollar) və ya 2.2%-i səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər,

-      599 milyon manat (352.35 mln dollar) və ya 1.5%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları,

-      585 milyon manat (344.12 mln dollar) və ya 1.5%-i isə sair gəlirlər.