Azərbaycanın ən çox ixrac həyata keçirən 10 qeyri-dövlət şirkəti - Siyahı

11:06 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi başçılıq edir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb. Siyahıdakı növbəti sıralamalar belədir: "Prime Cotton” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" MMC, “STP Alüminium” MMC,“TABATERRA”QSC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, “HOLCİM” ASC.