Bitkoin FED-dən dəqiq siqnallar gözləyir

10:48 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. GİS Mining-in müşahidələrinə görə, noyabrın 25-də bitkoinin qiyməti 1,05% azalıb və günü 87 369 dollar səviyyəsində başa vurub.

ABC.AZ xəbər verir ki, minor əhval-ruhiyyə hələ də Amerika fond bazarının inamlı böyüməsi fonunda davam edir: Dow Jones 1,4%, S&P 500 təxminən 0,9%, Nasdaq təxminən 0,7% artıb. Bazarlarda FED-in siyasətinin yumşaldılması gözləntisi artır — CME Group-a görə dekabr ayında dərəcənin azaldılması ehtimalı 84,9%-ə yüksəlib. Kriptovalyuta bazarına dəstək Amerikanın ən iri texnoloji şirkətlərinin kapitallaşmasının artması da təmin ediləcək. Ancaq hələlik bazar iştirakçıları FED rəhbəri Cerom Pauelldən daha dəqiq siqnallar gözləyərək təmkinli və ehtiyatlı davranırlar.