Yeni stansiyaların tikintisi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindəndir

17:01 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. Azərbaycan 2030-cu və 2050-ci illər üzrə "yaşıl enerji" strategiyasına uyğun olaraq yeni stansiyalar, ötürmə xətləri və enerji texnologiyalarının modernləşdirilməsi üzərində intensiv şəkildə çalışır.

ABC.AZ xəbər verir ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının "Demo-Day" tədbirində bildirib.

Onun sözlərinə görə, "yaşıl enerji"yə keçid yalnız alternativ enerji istehsalı ilə məhdudlaşmır, həm də ölkənin enerji ötürmə sisteminin tam modernləşdirilməsini tələb edir: "Yeni stansiyaların tikintisi, mövcud enerji infrastrukturlarının yenilənməsi və ötürmə xətlərinin gücləndirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindəndir".