Toyota-nın xalis rüblük mənfəəti 1,6 dəfə artıb

15:17 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. İkinci fiskal rübdə Toyota şirkətinin xalis mənfəəti ötən ilin eyni dövründəki 573,7 milyard yen qarşılığında 932 milyard yenə (6,07 milyard dollar) qalxıb, gəliri isə 8,2% artaraq 12,38 trilyon yen təşkil edib.

ABC.AZ xəbər verir ki, göstəricilərin artmasına baxmayaraq, şirkətin Tokio birjasındakı səhmləri 3,65% düşüb, buna səbəb Toyota-nın ABŞ rüsumlarının illik əməliyyat mənfəətinə təsirinin 1,45 trilyon yen olacağını proqnozlaşdırmasıdır.