16:12 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. 2026-cı ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (2025-ci illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat (11,1 % az) olması proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn il Fondun xərclərinin 12 milyard 835 milyon manatını dövlət büdcəsinə transfert, 7,1 milyon manatını "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın, 99,2 milyon manatını "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın və 32,8 milyon manatını "Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026