Naxçıvanda 9 ayda sahibkarlara 363 mənşə sertifikatı verilib

14:36 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 363 mənşə sertifikatı verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur.

Mənşə sertifikatları əsasən tikinti, mineral sular, meyvə-tərəvəz, tütün məmulatları və digər məhsulların ixracı üçün təqdim olunub. Əsas ixrac istiqamətləri Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Fələstin olub.